"Real Madrid" qolkiperin çıxışından məmnun deyil

"Real Madrid" ispaniyalı qolkiperin performansından məmnun qalmadığı üçün yolları ayırmaq niyyətindədir.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti Kepanın komandada qalmasını istəmədiyini deyib. 

Tibu Kurtua zədəsini sağaltdıqdan sonra Kepayla yolların ayrılacağı bildirilib. 

Qeyd edək ki, Kepa artıq "Çelsi"də çıxış etmək istəmədiyi üçün geri dönməyəcəyini deyib.