"Real Madrid"in 18 yaşlı futbolçusu sözləri ilə diqqət mərkəzinə düşüb

"Real Madrid"in 18 yaşlı futbolçusu Felipe Endrik mediayla görüşü zamanı maraqlı açıqlamalar verib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, mövsüm sonunda "Palmerias" dan "Kral" klubununa keçəçək olan Felipe Endrik açıqlamasında :" Əgər futbolla məşğul olursunuzsa soyuqqanlı olmağı bacarmalısınız. Məncə bunu yaxşı bacardım və bütün dünyaya heç kimdən qroxmadığımı göstərdim."Real Madrid"ə gedirəm, çünkü Ronaldu kimi futbolçu olmaq istəyirəm",-deyib. 

Qeyd edək ki, Felipe Endrik daha öncə yağışlı havada oynamağı sevdiyi üçün "Çelsi"də çıxış etmək istədiyini demişdi.