"Real" yeni parlayan gənc futbolçu ilə maraqlanır

İspaniyanın "Real Madrid" klubu Avstriya "Zalsburq"unda çıxış edən Erlinq Holandla maraqlanır.

Sportline.az AS-a istinadən xəbər verir ki, Madrid təmsilçisi bu il Çempionlar Liqasında debüt edən 19 yaşlı hücumçunu yaxından izləyir.

Qeyd edək ki, Holand Çempionlar Liqasının qrup mərhələsinin I turunda Belçika "Genk"ini 6:2 hesabı ilə məğlub etdikləri matçda het-trik edib. O, bu mövsüm 11 oyuna 18 qol vurmağı bacarıb. Norveçli forvard 20 yaşadək futbolçular arasında dünya çempionatında Hondurası 12 cavabsız qolla məğlub etdikləri görüşdə 9 qolun müəllifi olub.