"Real" Zidanla münasibətlərə aydınlıq gətirdi

Zinəddin Zidanın Madrid “Real”ındakı taleyinə aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, koronavirus pandemiyasına görə yaranan fasilə ilə əlaqədar klub rəhbərliyi növbəti mövsümün planını hazılayıb.

Yekunda qərara alınıb ki, bu mövsüm hansı nəticənin göstərilməsindən asılı olmayaraq, Zidanla yollar ayrılmasın.

Qeyd edək ki, daha əvvəl “Real”ın Zidanı yalnız çempion olacağı təqdirdə saxlayacağı bildirilirdi.