"Real"da yeni müqavilə

“Real” hazırda icarə qaydasında “Borussiya”da (Dortmund) oynayan futbolçusu Əşrəf Hakimi ilə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Yeni müqavilə 2023-cü ilin iyunun sonuna qədər nəzərdə tutulub. 

Öncəki müqavilənin müddəti isə 2022-ci ilin yayında başa çatırdı.