"Real"dan tarixi nəticə

İspaniya La Liqasının 35-ci turunda “Rayo Valyekano”ya minimal hesabla uduzan “Real” son 10 ildə ilk dəfə mövsümdə 10-cu dəfə məğlub olub.

Sportline.az xəbər verir ki, bundan başqa “kral klubu” İspaniya çempionatında son 22 ildə ilk dəfə “Rayo Valyekano” ilə bacarmayıb.  Komanda sonuncu dəfə “Rayo Valyekano”ya 1997-ci ilin fevralında elə minimal hesabla uduzmuşdu.