"Real"ın futbolçusu komandanı tərk etdi
İspaniyanın “Qranada” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Sportline.az xəbər verir ki, La Liqa təmsilçisi Madrid “Real”ından Alberto Soronu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçiylə 5 illik müqavilə imzalanıb. “Qranada” Soro üçün “Real”a 2,5 milyon avro ödəyib.
Qeyd edək ki, Soro son mövsümü icarə əsasında Sequnda təmsilçisi “Saraqosa”da keçirib.