"Reyncers" klubu türkiyəli futbolçunu satmaqdan imtina edib
"Rencers" klubu türkiyəli futbolçu Rıdvan Yılmazın keçidinə icazə verməyib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Qalatasaray" 22 yaşlı cinah müdafiəçisi üçün Şotlandiya klubuna təklif göndərib. "Rencers" rəhbərliyi isə Rıdvan Yılmazla yolları ayırmaq istəmədiyini bildirib.
Türkiyəli cinah müdafiəçisi "Beşiktaş" futbol akademiyasının yetirməsi olub.
Qeyd edək ki, Rıdvan Yılmaz bu mövsüm 14 oyunda 1 qol, 1 asistlə yadda qalıb.