"Reptors" "Seltiks"i məğlub etdi, "Naqqets"dən növbəti qələbə

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir.

SportLine.az xəbər verir ki, növbəti oyun günündə azarkeşlər daha üç qarşılaşmanın şahidi olublar.

"Denver Naqqets" ardıcıl 5-ci qələbə ilə fanatlarını sevindirib. "Toronto Reptors" və "Boston Seltiks"in duelində isə "birincilər" qalib gəliblər.

"Nyu York Niks" - "Orlando Məcik" - 108:103

"Toronto Reptors" - "Boston Seltiks" - 118:95

"Denver Naqqets" - "Oklahoma Siti Tander" - 121:112