Reşford London klubuna keçə bilər
"Aston Villa"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Markus Reşford karyerasını "Tottenhem"də davam etdirə bilər.
Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, London klubu Reşford üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.
27 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Reşfordun icarə müddəti mövsümün sonunda başa çatacaq.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 11 qol 9 asistlə yadda qalıb.