Reşford PSJ-nin hədəfindədir

“Aston Villa”da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Markus Reşford karyerasını “Paris Sen-Jermen”də davam etdirə bilər.

Sportline.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, “Paris Sen-Jermen” Reşford üçün “Mançester Yunayted”ə rəsmi təklif göndərməyi planlaşdırır.

27 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Reşford bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 10 qol və 7 asistlə yadda qalıb.