Rio-2016: Azərbaycan debüt etdi

Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycan seçməsi debüt edib. SportLine.az xəbər verir ki, ilk gündə kamandan oxatma yarışlarında çıxış edən Olqa Senyuk mübarizə aparıb. 

"B" qrupunda yarışan milliləşdirilmiş idmançımız 623 xal toplayaraq 37-ci pillədə qərarlaşıb. 

Sıralama baxımından əhəmiyyət kəsb edən yarışda atletlər topladıqları xala uyğun avqustun 8-də baş tutacaq 1/32 final üçün yerlərini müəyyənləşdiriblər.

Yarışın mükafatçıları avqustun 11-də bilinəcək.