Rio-2016: Snayperimiz finala yüksələ bilmədi
Rio-2016 Yay Olimpiya Oyunlarında bu gün güllə atıcılığı yarışları start götürüb. SportLine.az xəbər verir ki, bu növdəki təmsilçimiz Ruslan Lunyov 10 metr məsafəyə güllə atıcılığında ümidləri doğrultmağa çalışıb.
İştirakçımızın çıxışı uğursuz alınıb. Lunyov ümumilikdə 577 xal toplayan təmsilçimiz sıralamada 15-ci olub.
Növbəti mərhələyə isə ilk 8 yerin sahibləri yüksəliblər.
Qeyd edək ki, Lunyov avqustun 12-də 25 m məsafəyə atəşaçma yarışında da iştirak edəcək.