Rio-2016: Azərbaycan komandası ilk gün bir idmançı ilə təmsil olunacaq

Rio-2016 Yay Olimpiya Oyunlarının ilk günündə bir idmançımız mübarizə aparacaq. SportLine.az xəbər verir ki, bu milliləşdirilmiş idmançımız Olqa Senyukdur. 

Olqa kamandan oxatma yarışlarında ölkəmizin şərəfini qoruyacaq.

05 avqust 2016
Rio-2016
Kamandan oxatma

Fərdi yarışlar, təsnifat mərhələsi
Olqa Senyuk – saat 20:00

Qeyd edək ki, Azərbaycan Olimpiadada 56 idmançı ilə təmsil olunur.