Rio-2016: Elvin Mürsəliyev mübarizəni dayandırdı

Rio-2016 Yay Olimpiya Oyunlarının 10-cu günündə güləş yarışları start götürüb. SportLine.az xəbər verir ki, mübarizəyə əvvəlcə yunan-Roma növündəki təmsilçilərimiz qoşulublar.

75 kq çəki dərəcəsində yarışan Elvin Mürsəliyev  ilk görüşünü Misir təmsilçisi Rəşad Fevzi Mahmud Sebyeyə qarşı keçirib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız 1/8 finala yüksəlib.

Elvinin bu mərhələdəki rəqibi Zurabi Datunaşvilini (Gürcüstan) məğlub edən Dosjan Kartikov (Qazaxıstan) olub. Təmsilçimiz 5:1 hesablı qələbə ilə 1/4 finala yüksəlib. Yarımfinala gedən yolda idmançımız macarıstanlı Peter Bacsi ilə üz-üzə gəlib. O, mübarizəni məğlub başa vurub.