Rio-2016: İki güləşçimizin rəqibi müəyyənləşdi
Sabah Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları start götürəcək. SportLine.az xəbər verir ki, ilk gündə Yunan-Roma növündə mübarizə aparan iki güləşçimiz - Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) xalça üzərinə çıxacaq.
Artıq təmsilçilərimizn rəqibləri müəyyənləşib:
14 avqust 2016
Güləş, Yunan-roma növü
59 kq
Rövşən Bayramov - Rayber Xose Orozko Rodrigez (Venesuela)
75 kq
Elvin Mürsəliyev - Rəşad Fevzi Mahmud Sebye (Misir)
Qeyd edək ki, idmançılarımızın ilk çıxışı Bakı vaxtı ilə saat 17:05-dən sonraya planlaşdırılıb.