Rio-2016: Mariya Stadnik və Yuliya Ratkeviçin rəqibləri bəlli oldu
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, sabah mübarizəyə qadın idmançılar qoşulacaqlar.
İlk gündə xalça üzərinə çıxacaq təmsilçilərimiz - Mariya Stadnik və Yuliya Ratkeviçin rəqibləri artıq bəllidir.
48 kq çəki dərəcəsində mübarizə aparacaq Stadnik ilk görüşünü 1/8 final çərçivəsində argentinalı Alexandra Patrisia Bermudezə qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:48-ə planlaşdırılıb.
Yuliya Ratkeviç isə startda ukraynalı Oksana Herhel ilə üz-üzə gələcək. Qarşılaşma 17:56-da başlayacaq.