Rio-2016: Olqa Senyukun rəqibi müəyyənləşdi

Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycanı kamandan oxatma yarışlarında təmsil edən Olqa Senyukun rəqibi bəlli olub. SportLine.az xəbər verir ki, 1/32 final mərhələsində idmançımız çinli Hui Çao ilə üz-üzə gələcək. 

Qarşılaşma avqustun 9-u Bakı vaxtı ilə 06:57-ə planlaşdırılıb.

Qeyd edək ki, Senyuk təsnifat yarışında 623 xalla 37-ci olubsa, rəqibi 631 xalla 28-ci yeri tutub.