Rio-2016: Rəsul Çunayevin rəqibi müəyyənləşdi

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, yunan-Roma növündəki daha bir təmsilçimiz - Rəsul Çunayev sabah xalça üzərinə çıxacaq. 

Artıq pəhləvanımızın ilk rəqibi müəyyənləşib. 66 kq çəkidə yarışan Çunayev ilk görüşündə 1/16 final mərhələsində kubalı Migel Palasio Martinezlə qarşılaşacaq.