Rio-2016: Azərbaycan 3-cü medalını qazandı

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə yenə meydan yunan-Roma güləşçilərinin ixtiyarına verilib. Bu növdəki digər təmsilçimiz - Sabah Şəriəti xalça üzərinə çıxıb.

130 kq çəki dərəcəsində yarışan idmançımızın ilk rəqibi ABŞ təmsilçizi Robert Timoti Deyvid Smit olub. Pəhləvanımız Olimpiadaya qələbə ilə başlayıb - 8:2.

1/4 finalda Türkiyə güləşçisi Rıza Kayaalpla qarşılaşan Şəriəti uğurun davamını gətirə bilməyib. Təmsilçimiz 0:5 hesabı ilə uduzub.

Türkiyəli güləşçi finala yüksəldiyindən pəhləvanımız təsəlliverici görüşlərə qatılmaq imkanı qazanıb. Burada onun rəqibi Xose Karabalyo Kabrera (Venesuela) olub. Venesuelalı güləşçiyə asanlıqla qalib gələn Şəriəti bürünc medal uğrunda görüşə çıxıb. Onun rəqibi Almaniya güləşçisi Eduard Popp olub. Rəqibinin kürəyini yerə vuran idmançımız ölkəmizin aktivinə 3-cü medalı yazdırıb.