Rio-2016: Saman Təhmasibi medalsız qaldı
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə yenə meydan yunan-Roma güləşçilərinin ixtiyarına verilib. Bu növdəki digər təmsilçimiz - Saman Təhmasibi xalça üzərinə çıxıb.
85 kq çəki dərəcəsində yarışan idmançımızın ilk rəqibi Rusiya təmsilçizi David Çakvetadze olub. Qarşılaşma güləşçimizin məğlubiyyəti ilə nəticələnib - 0:3. Rəqibi finaladək irəlilədiyindən Təhmasibi təsəlliverici görüşlərə qatılmağa haqq qazanıb.
Burada onun rəqibi Habibullah Comeh Axlaqi (İran) olub. 2:3 hesabı ilə uduzan güləşçimiz mübarizəni medalsız başa vurub.