Rodridən Vinisiusa atmaca

“Mançester Siti”nin ispaniyalı futbolçusu Rodri iddialı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, 28 yaşlı futbolçu “Sky Sports” kanalına müsahibə verərkən bu fikirləri səsləndirib;

“Qızıl top” mükafatı üçün səs verən zaman 2-ci Karvaxalı, 3-cü isə Vinisiusu yazdım. Bu mənim fikrimdir. Lakin başqa insanlar fərqli düşünə bilər. “Qızıl top”u mən qazandım.  Vinisiusun məni təbrik etməməsini anlayıram. Lakin “Real Madrid”in digər futbolçuları məni təbrik etdi”, - deyə Rodri bildirib.

Qeyd edək ki, Rodri zədə səbəbindən mövsümü erkən başa vurub.