Ronaldudan tarixi göstərici
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu ardıcıl 5-ci dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Sportline.az xəbər verir ki, o buna Qana ilə dünya çempionatının 1-ci turunun matçında penaltini dəqiq yerinə yetirməklə nail olub.
Daha əvvəl hücumçu 2006, 2010, 2014 və 2018-ci illər keçirilmiş dünya çempionatlarında qol vurmağı bacarıb.
Qeyd edək ki, DÇ-2022-nin H qrupunda keçirilən Portuqaliya - Qana matçı birincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.