Rumuniyalı futbolçu "Tottenhem"də
Rumuniyalı futbolçu Radu Draquşi "Tottenhem"ə transfer olunub.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, İtaliyanın "Cenoa" klubunda çıxış edən 21 yaşlı müdafiəçinin "Tottenhem"ə keçidi rəsmiləşib.
"Tottenhem" klubu Radu Draquiş üçün İtaliya klubuna 20 milyon avro ödəyəcək.
Qeyd edək ki, Radu Draquiş bu mövsüm "Cenoa" forması ilə çıxdığı 22 oyunda 2 qol, 1 asistlə yadda qalıb.