Serbiya klubu "Neftçi"nin keçmiş futbolçusu haqqında açıqlama verib

Serbiyanın "Partizan" klubunun rəsmiləri "Neftçi"nin keçmiş futbolçusu Saldaniyanın satılıq olmadığını açıqlayıblar. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, braziliaylı futbolçu 2022/23 mövsümündə paytaxt təmsilçisinin şərəfini qoruyub. "Partizan" klubu futbolçunu transfer etmək istəyən komandalara Mateus Saldaniyanın satılıq olmadığını və icarə əsasında da göndərilməyəcəyini bildirib. 

Mateus Saldaniya "Partizan" klubunda 24 oyunda 15 qol, 5 asistlə yadda qalıb.

Qeyd edək ki, 25 yaşlı braziliyalı futbolçu  "Neftçi" klubunda çıxış etdiyi müddət ərzində 20 oyunda çıxıb və 5 dəfə fərqlənib.