Rusiyalı pilot "Formula 1" prezidentinin eynəyini sındırıb
Rusiyalı "Formula 1" pilotu Daniil Kvyat futbol oyunu zamanı "Formula 1" rəhbəri Stefano Domenikalinin eynəyini sındırıb.
Sportline.az xəbər verir ki, bu, ulduzlar komandası ilə "Formula 1" pilotları arasındakı xeyriyyə matçında baş verib.
Ulduzlar komandasında çıxış edən rusiyalı sürücü rəqib qapıçı Domenikali ilə təkbətək qaldığı vaxt toqquşub. "Formula 1" rəhbəri topu ələ keçirmək istəyərkən, pilot onun üzünə təpiklə vurub.
Qarşılaşma Monakodakı II Lui stadionunda keçirilib.
Qeyd edək ki, 27 - 29 mayda Monako Qran-prisi gerçəkləşəcək. Cari mövsüm Bakıdakı yarış 10 - 12 iyunda olacaq.