"Sabah" "Rapid"ə qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Sabah" bu gü n ilk hazırlıq matçında qüvvəsini sınayacaq.

Sportline.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Rumıniyanın "Rapid" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki,"Sabah" Türkiyə toplanışı çərçivəsində daha bir yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqibin adı hələ ki, məlum deyil.