Sabah Şəriəti: "Əmin idim ki, qalib gəlmişəm"
"Çox şadam ki, üç illik əziyyətimin bəhrəsini gördüm, Olimpiya medalı qazandım. Üzərimdə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm". SportLine.az xəbər verir ki, bu sözləri Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycana 3-cü medalı qazandıran güləşçimiz Sabah Şəriəti deyib.
Bürünc medal uğrunda həlledici görüşü barədə danışan pəhləvanımız, "Eduard Popp güclü rəqib idi. Bundan öncə onunla qarşılaşmışdım və uduzmuşdum. Burada məğlubiyyətin əvəzini çıxa bildim. Rəqibin məşqçiləri etiraz edəndə də əmin idim ki, onun kürəyini yerə vurmuşam və qalib gəlmişəm. Bu qələbəni bütün Azərbaycan xalqına həsr edirəm", - deyə bildirib.
Xatırladaq ki, Sabah Şəriəti 130 kq çəki dərəcəsində ilk dəfə Azərbaycana medal sevinci yaşadıb. O, həmçinin, Rio-2016 Yay Olimpiya Oyunlarında ölkəmizin aktivinə 3-cü medalı yazdırıb.
Səmayə Məmmədova
GİN-in mətbuat katibi