Samet Akaydın Yunanıstan klubuna transfer olub

Samet Akaydın Fatih Terimin başçılıq etdiyi Yunanıstan klubuna keçib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Fənərbağça"da çıxış edən 29 yaşlı müdafiəçi icarə əsasında "Panatinaykos" klubunun şərəfini qoruyacaq. 

Yunanıstan klubu futbolçunun performansını bəyənəcəyi təqdirdə qalıcı olaraq trasnfer edə biləcəyini açıqlayıb. 

Qeyd edək ki, Samet Akaydın bu mövsüm cəmi 11 oyunda meydana çıxıb.