Sanço "Yunayted"ə qayıtmaq istəmir
İcarə əsasında "Borussiya Dortmund"da çıxış edən Ceydon Sanço "Mançester Yunayted"ə qayıtmaq istəmir.
Sportline.az xəbər verir ki, bu barədə jurnalis Ben Cekobs öz "X" sosial şəbəkəsindən məlumat yayıb.
Mənbənin xəbərinə görə qırmızı-şeytanlar Sanço üçün 58 milyon avro tələb edir. Futbolçunun keçidində Səudiyyə Ərəbistanı klubları da maraqlıdır.
24 yaşlı futbolçu qışda icarə əsasında Almaniya klubuna keçib.Sançonun mankunyanlarla müqaviləsi 2026-cı ilə qədərdir.
Qeyd edək ki, ingiltərəli futbolçu bu mövsüm "Borussiya" ilə çıxdğı 23 oyunda 3 qol, 3 asistlə yadda qalıb.