Sane İspaniyaya qarşı oyunu da buraxa bilər
Almaniya millisinin hücumçusu Leroy Sane DÇ-2022-nin qrup mərhələsində İspaniyaya qarşı oyunu buraxa bilər .
Sportline.az "Sport 1"ə istinadən xəbər verir ki, o, hələ də komanda ilə məşqdə iştirak etmir və fərdi qaydada çalışır.
Sane zədə səbəbindən 1-ci turda Yaponiyaya qarşı görüşdə (1:2) oynamamışdı.
Qeyd edək ki, noyabrın 27-i keçiriləcək Almaniya - İspaniya ilə matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.