"Sassuolo"dan səfər qələbəsi

İtaliya çempionatında 34-cü tur yekunlaşıb.

Sportline.az xəbər verir ki, “Sassulo” “Fiorentina”nın qonağı olub.

Yarış cədvəlində heç bir iddiası qalmayan komandaların görüşündə cəmi 1 qol vurulub. Qonaqlardan Domeniko Berardinin 1 dəqiq zərbəsi komandasının qələbəsi üçün yetərli olub. Minimal hesabla qalib gələn “Sassuolo” 41 xalla 10-cu pillədə qərarlaşıb. Hesabında 40 xalı olan “Fiorentina” isə 12-cidir.