Semih Kılıçsoy "Beşiktaş"da ilkə imza atıb
"Beşiktaş" klubunun 2005 təvəllüdlü hücumçusu Semih Kılıçsoy "Hatayspor"la matçda ilkə imza atıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, gənc hücumçu 38-ci dəqiqədə vurduğu qolla "qara qartallar"ın tarixinə keçib.
"Beşiktaş" furbol akademiyasının yetirməsi olan Semih Kılıçsoyun hazırki dəyəri 1 milyon avrodur.
Qeyd edək ki, gənc hücumçu "Beşiktaş" formasıyla ümumilikdə 11 oyunda meydana çıxıb.