Sərbəst güləşçilərimizdən 11 medal
Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, yarışın ilk günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
İlk gün pəhləvanlarımızın uğurlu çıxışı ilə yadda qalıb. Güləşçilərimiz günü 3 qızıl, 4 gümüş və 4 bürünc medalla başa vurublar. Qızıl medalları yığmamıza bütün rəqiblərindən üstün olan Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Aleksandr Qostiyev (86 kq) qazandırıb. Toğrul əsgərov (70 kq), Nurməhəmməd Hacıyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) gümüş medallara yiyələnib. Bürünc medalları isə uığmamıza Mahir Əmiraslanov (57 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq) və Aslanbek Alborov (97 kq) qazandırıb.