Serbiya sınaqlarının qəhrəmanları Vətəndə

Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında uğurlu çıxış etmiş yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıya qayıdıblar.

Sportline.az xəbər verir ki, komandanı Heydər Əliyev beynəlxalq aeroportunda Azərbaycan Güləş Federasiyasının vitse prezidenti Elçin Cəfərov, dünya çempionu və olimpiya mükafatçısı Rafiq Hüseynov, idman ictimaiyyətinin digər nümayəndələri, güləşçilərin yaxınları və jurnalistlər qarşılayıb.

Qeyd edək ki, dünya çempionatında Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadə (55 kq) və Ülvi Qənizadə (72 kq) isə bürünc medal qazanıb.