Serxio Ramos İspaniyanın məğlubiyyəti haqda
PSJ-nin ispan futbolçusu Serxio Ramos milli komandasının DÇ-2022-nin 1/8 finalında Mərakeşə uduzaraq mübarizəni dayandırmasına münasibət bildirib.
Sportline.az xəbər verir ki, uzun müddət millinin kapitanlıq sarğısını daşıyan 36 yaşlı müdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında komandanın yaxşı gələcəyi olacağını yazıb:
“Bu gün bayrağımızla, ölkəmizlə və oyunçularımızla hər zamankındən daha çox fəxr edirəm. İspaniya uduzmur, İspaniya öyrənir. İspaniya, yıxılır, büdrəyir, amma qalxır və davam edir. Biz geri qayıdacağıq və güclənəcəyik. İrəli, İspaniya!"
Xatırladaq ki, İspaniya Mərakeşə penaltilərlə (0:3) uduzub. Ramosun İspaniya millisinin dünya çempionatı üçün iştirak ərizəsinə daxil edilmədiyi üçün azarkeşlər və futbol mütəxəssisləri yığmanın baş məşqçisi Luis Enrikeni xeyli tənqid etmişdi.