Serjiu Oliveyranın gələcəyi sual altındadır

"Qalatasaray" rəsmiləri Serxio Oliviera ilə yolları ayırmaq qərarına gəliblər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin yaxın zamanlarda əməliyat olunacağı və 4 ay yaşıl meydanlardan kənar qalacağı bildirildikdən sonra, "sarı qırmızlar" futbolçunun menecerini Türkiyəyə çağırıblar. 

 "Qalatasaray" rəhbərliyi futbolçunun son zamanlardakı performansından razı qalmadığı üçün yollarını ayırmaq istəyir. 

Qeyd edək ki, Serxi Oliviera bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 20 oyunda 2 qol, 2 asistlə yadda qalıb.