Səudiyyə Ərəbistanından Su İdmanı Sarayına...

Səudiyyə Ərəbistanının üzgüçülük üzrə komandası "Saudi Arabian Swimming Federation" Azərbaycana gəlib.

Sportline.az xəbər verir ki, gənc idman istedadlarından ibarət komanda dünyanın ən müasir on arenasından biri olan "Aquatic Palace"ın 1 aylıq qonağı olacaqlar.

"Saudi Arabian Swimming Federation" İslam Oyunlarında və digər idman yarışlarında iştirak edərək, medal qazanıblar. İndi isə onlar respublikamıza gəldikdən sonra beynəlxalq standartlara cavab verən və idman yarışları üçün nəzərdə tutulmuş idman kompleksinin uzunluğu 50 m, eni 25 m, dərinliyi 3 metr olan olimpiya hovuzunda məşq edirlər.

Komandanın meneceri Aleisa Hani, məşqçilər isə Albidi Azam, Al Obaidi Mazen, Alghareeb Mohammeddir.

Qeyd edək ki, "Saudi Arabian Swimming Federation" komandası direktoru Arten Hasbeb olan "Alim Sport Company"in dəstəyi ilə Azərbaycana səfər edib.