"Sevilya"nın baş məşqçisi müəyyənləşdi
Xulen Lopeteqi "Sevilya" klubunun baş məşqçisi təyin olunub.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayıb.
İspaniya millisinin sabiq çalışdırıcısı ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Lopeteqi bu vəzifədə Xoakin Kaparrosu əvəzləyib.