"Shamkir Chess 2020" təxirə salındı

Şəmkirdə qrossmeysterlərin mübarizə apardığı Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess” turniri təxirə salınıb.

Sportline.az xəbər verir ki, mayın 20-dən 31-dək keçirilməsi planlaşdırılan yarış koronavirus pandemiyasının yayılmağına görə təxirə salınıb.

Bundan əlavə, mayın əvvəllərində Naxçıvanda keçirilməsi nəzərdə tutulan “Nakhcivan Open” turniri də keçirilməyəcək.