Şeydayev oynamadı, komandası qalib gəldi

Türkiyə superliqasında 14-cü tur start götürüb. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" "Adanaspor"u qəbul edib. Oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Şeydayevin adı 18-likdə yer almayıb.

Qeyd edək ki, “Trabzonspor” 18 xalla 9-cu pillədə qərarlaşıb.