"Ştutqart" heyətini bosniyalı hücumçu ilə gücləndirib

Bundesliqada son mövsümün gümüş medallarla tamamlayan "Ştutqart" komandası "Auqsburq"un oyunçucu Ermedin Demiroviçi transfer etdiyini açıqlayıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, bu transfer Almaniya klubuna 21 milyon avroya başa gəlib.

26 yaşlı oyunçu ilə müqavilə 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.

Qeyd edək ki, Demiroviç 2023/2024 mövsümündə "Auqsburq"un heyətində 33 oyunda 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

2021-ci ildən Bosniya və Herseqovina millisinin şərəfini qoruyan oyunçu komanda ilə çıxdığı 26 oyunda 1 qola imza atıb.