Simeone: "O, dünyanın ən yaxşı qapıçısıdır"

“Atletiko”nun qapıçısı Yan Oblak bu mövsüm uğurlu oyunu ilə diqqət çəkir.

Sportline.az xəbər verir ki, o, son 8 matçın yalnız 1-də qol buraxıb. Dünən “Atletik”ə qarşı görüşdə də (2:0) sloveniyalı qolkiper qapısını toxulmaz saxlayıb. Ümumilikdə Oblak son 8 La Liqa matçında 19 zərbədən 18-ni zərərsizləşdirə bilib.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone dünənki qarşılaşmadan sonra Oblak barədə suala belə cavab verib: “O, dünyanın ən yaxşı qapıçısıdır. Buna şübhə yoxdur. Oblak get-gedə daha da inkişaf edir. Onun parlamasında “Atletiko”nun da köməyi var”