"Sivasspor"un baş məşqçisi qış trasnfer pəncərəsində 5 futbolçu transfer etmək istəyir

"Sivasspor" klubunun baş məşqçici Bülənt Uyqun qış transferi pəncərəsində 5 futbolçu transfer etmək istədiyini və komanda üçün bu addımın vacib olduğunu bildirib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 52 yaşlı təcrübəli mütəxəssis açıqlamsında :"Qalatasaray"la görüşdən sonra komandadakı əksikləri gördüm və rəhbərliyə bildirdim. Onlar da nə lazımdırsa edəcəklərini dedilər. 5 futbolçu transfer olunacaq. Bunalrdan 2-si yerli 3-ü isə legioner olacaq",-deyib. 

Qeyd edək ki, Bülənt Uyqun yanvarın 4-də komandanın baş məşqçisi postuna əyləşib.