"Sivasspor"un futbolçusu "Kluj"da
"Sivasspor"un yarımmüdafiəçisi Kadir Keyta "Kluj" klubu ilə razılaşıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Fildişi Sahilindən olan 23 yaşlı futbolçu Rumunia klubu ilə razılıq əldə edib.
"Sivasspor" klubu rəsmi saytında bəyənat yayaraq futbolçu ilə yollarını ayrıldığını bldirib Kadir Keytaya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Kadir Keyta bu mövsüm cəmi 9 oyunda meydana çıxıb.