Skaloni: "Avstraliya bizə çox təzyiq göstərdi"

"Çətin oyun keçdi. Avstraliya çox təzyiq göstərdi. Bu da ilk hissədə bizə çoxlu problem yaratdı. Fasilə zamanı komandaya kömək edən  bəzi düzəlişlər etdik".

Sportline.az xəbər verir ki, bu sözləri Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin 1/8 finalında Avstraliyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

O, daha sonra bildirib: "Düşünürəm ki, biz sakit qələbə qazanmağa layiq idik və üstünlüyü artırmalı idik. Amma sonda əsəbləşməli oldum".

Qeyd edək ki, ikinci hissəyə əlavə edən 7-ci dəqiqədə Avstraliya millisinin futbolçusu Qaranq Kuolun zərbəsini argentinalı qapıısı Emiliano Martines dəf edib.