"Sparta Praqa"nın təcrübəli futbolçusu "Qalatasaray" haqqında danışıb

"Sparta Praqa"nın təcrübəli sol cihan hücumçusu Yakup Pesek "Qalatasaray"ı digər komandalara nisbətən daha uyğun rəqib adlandırıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 30 yaşlı çexiyalı futbolçu açıqlamasında : "Bizim üçün ən uydğun komanda bəlkə də "Qalatasaray" idi. "Roma", "Bayer" "Feynord" kimi  kulublarla oyun bizim üçün daha çətin ola bilərdi. Türkiyə kulubu ilə qarşılaşmaq üçün həyəcanlıyam",-deyib. 

Qeyd edək ki, Yakup Pesek bu mövsüm "Sparta Praqa" forması ilə çıxdığı 27 oyunda 2 qol,2 asistlə yadda qalıb.