Stefan Saviçin meneceri futbolçuyla bağlı çıxan xəbərləri yalanlayıb

Təcrübəli müdafiəçi Stevan Saviçin meneceri futbolçunun komandadan ayrılması ilə əlaqədar çıxan xəbərlərin doğru olmadığını bildirib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Atletiko Madrid"in 32 yaşlı müdafiəçisi Stefan Saviçin meneceri açıqlamasında :"İstanbula getdim deyə hərkəs Stevanın "Fənərbağça"ya keçəcəyi xəbərlərini paylaşdı. Tam əksinə Saviçin "Atletiko Madrid"lə müqavilə müddətinin bitməsinə çox vaxt qalıb",-deyib. 

Qeyd edək ki, daha öncə Stefan Saviçin "Fənərbağça" rəhbərliyi ilə razılıq əldə etdiyi deyilmişdi.