Suaresdən Messi ilə bağlı açıqlama

“Barselona”nın uruqvaylı forvardı Luis Suares Lionel Messinin klubdan gedəcəyi barədə xəbərlərə münasibət bildirib.

Sportline.az xəbər verir ki, “Daily Mail” nəşrinə müsahibəsində bildirib ki, argentinalının başqa komandada oynamasını mənasız sayır:

“Leo özünün və ailəsinin rahatlığına əsaslanaraq qərar verəcək. Messinin dostu kimi həmişə məsləhət görərdim ki, onun üçün harada yaxşıdırsa, orada da oynasın. Hesab edirəm ki, özü də, ailəsi də Barselonada xoşbəxtdirlər. Deməli, o, komandada çıxışını davam etdirməlidir. Yox, əgər Messiyə dəyişiklik lazımdırsa, o, daha yaxşı qərar verə biləcək”.