“Sumqayıt” ölkə çempionatları tarixində 100 və daha çox qələbə qazanan 12-ci komanda olub
“Sumqayıt” Azərbaycan Premyer Liqasında 100-cü qələbəsini qazanıb.
Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qalibiyyəti XVIII turda “Səbail” üzərində əldə edilib.
Rəqibini 1:0 hesabı ilə məğlub edən Sumqayıtın eyniadlı təmsilçisi bu uğura 382-ci matçında nail olub. 2011-ci ildən Premyer Liqada oynayan “gənclik şəhəri” təmsilçisi 62 dəfə evdə, 38 dəfə səfərdə 3 xalın sevincini yaşayıb.
Qeyd edək ki, “Sumqayıt”ın ilk uğuru 2011/2012 mövsümündə qeydə alınıb. 2011-ci il oktyabrın 30-da AZAL-ı qəbul edən “kimyaçılar” 2:1 hesabı ilə qalib gəliblər.